Перспективы развития сельского хозяйства в Азербайджанской Республике

Ölkəmiz müstəqil inkişaf yolunda inamla irəliləyərək, qarşıya qoyduğu hər bir vəzifəni ardıcıl, yeni islahatlar təbiq etməklə təsərrüfat və istehsalat formaları yaradır və sərbəst iqtisadiyyata geniş yol açır. Məhz bu cür sərbəst iqtisadiyyat şəraitində hər bir vətəndaşın borcudur ki, dövlət və hökumətimiz tərəfindən yaradılmış belə imkanlardan həm maksimum yararlansın, həm də iqtisadiyyatın yüksəlməsinə öz töhfəsini versin. Bu mənada biz elm adamları da müstəsna rol oynamaqla müasir elmin nailiyyətlərini, iqtisadiyyatın uyğun sahələrinə vaxtında və elmli surətdə tətbiq etməliyik. Bu yazımızda məqsədimiz uzun illər, yəni 1980-ci illərdən respublikanın kənd təsərrüfatının müxtəlif sahələrində birbaşa məhsul istehsalı ilə məşğul olan bir mütəxəssis kimi bu gün kənd təsərrüfatı sahələrinin inkişafı yollarına dair mülahizələrimizi mətbuat vasitəsilə bölüşməkdən ibarətdir. Azərbaycan əhalisi tarixən bütün dövrlərdə özünün kənd təsərrüfatı məhsullarına olan tələbatını özü artıqlaması ilə ödəmişdir.Ona görə də, iqtisadiyyatımızda kənd təsərrüfatı sahəsi həmişə aparıcı sahə olaraq qalacaqdır. Respublika ərazisində kənd təsərrüfatına yararlı torpaqların 80%-ə qədərində (dağlıq və dağətəyi zonalardan başqa) elə torpaq - iqlim şəraiti mövcuddur ki, bu ərazilərdə il ərzində eyni sahədən iki dəfə və daha çox məhsul əldə etmək mümkündür. Yəni, eyni sahəyə cari ilin noyabr ayı dənli-taxıl bitkiləri(buğda, arpa, çovdar, vələmir) səpilib, növbəti ilin iyun-iyul aylarına qədər bu bitkilər becərilərək biçilib götürülür və yeri dərhal şumlanaraq təkrar darı, qarğıdalı və qısa vegetasiyalı tərəvəz bitkiləri (tezyetişən kələm, qırmızı çuğundur, xiyar, lobya və s.) əkilir. Payızlıq dənli taxıllar səpilənə kimi isə bunların məhsullarını yığmaq mümkün olur. Ancaq, bu tədbirləri normal qaydada başa çatdırmaq üçün ən müasir texnika və intensiv texnologiyalardan istifadə edilməlidir və bütün aqrotexniki tədbirlər vaxtında və keyfiyyətlə aparılmalıdır. Tarixin ağır acınacaqlı illərində (1941-1945) kənd əhalisi belə təsərrüfat üsullarından müvəffəqiyyətlə istifadə etmişlər. O dövrün canlı şahidləri söyləyirlər ki, dövlətin kolxoz və sovxozlara tapşırdığı taxıl (buğda, arpa) planını çox çətinliklə də olsa, yəni son dəninə qədər verirdilər Bundan sonra camaatın qayğısına qalan təsərrüfatcıl rəhbərlər çevik hərəkət etməklə boşalmış sahələri dərhal şum edərək ora darı səpərdilər. Darı sahələrindən götürülmüş məhsul artıq kolxozçulara paylanılırdı. Beləliklə, iqlim torpaq şəraitinin əlverişli olması müqabilində dövlətin planı da yerinə yetirilirdi, camaat da ac qalmırdı. Kənd təsərrüfatında bütün işlər elmə, qabaqcıl təcrübəyə əsaslanarsa “Mümkün deyil” anlayışı aradan birdəfəlik qalxmış olar. Sadə bir misal : Yuva üsulu ilə 70sm x 30sm əkilmiş kartof bitkisinin bir hektarında 47600 yuva olur.Bir yuvadan 1-1,5 kq kartof götürüldüyünün əksər kartof yetişdirənlər çox şahidi olmuşlar. Yəni bir yuvadan 1-1,5 kq kartof məhsulunun götürülməsi dəfələrlə müşahidə olunursa, bu məhsulu bütün yuvalardan da əldə etmək mümkündür. Bu halda, hər hektardan orta hesabla 50 tondan yuxarı kartof məhsulu götürmək olar.Halbuki, respublika üzrə bu gün ən yüksək məhsuldarlıq hektardan 20-30 tondur. Bu misalı cəsarətlə bütün kənd təsərrüfatı bitkilərinə şamil etmək olar.Yəni, elmə, elmli mütəxəssislərə, yüksək texnika və texnologiyaya yiyələnməklə ölkədə məhsul bolluğu yaratmaq mümkündür. Bəs bu gün kənd təsərrüfatı sahəsindəki belə geriləmələrin səbəbləri nədən ibarətdir? Etiraf etmək lazımdır ki, bu gün elmli və bacarıqlı kənd təsərrüfatı mütəxəssisləri 30-40 il əvvəlki mütəxəssislər səviyyəsində deyil. Bu həm say, həm də səriştə baxımından özünü qabarıq şəkildə biruzə verir.Respublikada torpaq islahatından sonra kənd təsərrüfatı mütəxəssilərinə demək olar ki, ehtiyac qalmadı. Belə ki, torpaqlar kəndlilərlə, yəni torpağın dilini az-çox bilənlərlə bərabər digər peşə sahiblərinə də paylanıldı. Yəni, torpağın sahibləri həm də qeyri-peşəkarlar oldular.Onlar isə, torpağı becərə bilmədilər. Torpaq üzərindəki hakimiyyətə dövlət nəzarəti zəiflədi, adamlar bir növ sərbəstləşdirildiyindən, torpağı becərmək məsuliyyəti azaldı.Məhz azalmış həmin məsuliyyəti yenidən bərpa etmək lazımdır. Torpağı becərmək, onun potensial enerjisini üzə çıxarıb insanların istifadə edə biləcəyi şəkilə (məhsula) çevirmək xüsusi peşəkarlııq tələb edir ki, bu da yalnız torpaqla işləyənlərə və bu sahənin mütəxəssislərinə nəsib olan bir işdir. Torpaqların sağına-soluna paylanılması və istehsal üzərində dövlət nəzarətinin zəifləməsi ona görə gətirib çıxardı ki, torpaqlar becərilmədi, çox sahələr başlı-başına buraxılaraq illərlə məhsul istehsalından kənarda qaldı. Bu azmış kimi, əhalidə torpaqla işləmək vərdişi də azalmağa başladı, sanki adamlar çox tənbəlləşdilər. Torpaqda illərlə qazanılmış vərdiş və qabaqcıl tərübələr isə get-gedə yoxa çıxdı. Bununla yanaşı, bəzi imkanlı şəxslər həm əhalinin kasıb təbəqəsinin, həm də bələdiyyə fondu torpaqlarının xeyli hissəsini birdəfəlik satın alaraq özəlləşdirdilər sonralar isə həmin torpaqları ya becərə bilmədilər,ya da başqalarına qısa müddətə (1-5 il) icarəyə verdilər. İcarəçi isə ondan sui-istifadə edərək, yəni illərlə heç bir qida maddələrini əlavə etmədən, torpağı istismar etməklə gücdən düşənə qədər əkdilər və beləliklə,plansız məhsul istehsalı torpaqların fiziki xüsusiyyətlərini pisləşdirdi. Bu sahədə mütəxəssis hazırlığı işlərinə də ciddi yanaşılmadı. Məhz, bu faktorlar hal-hazırda da öz acı nəticələrini göstərməkdədir. Fikrimizcə, kənd təsərrüfatındakı geriləmələr bax buradan başladı. Ona görə də, müasir Azərbaycanda istehsalçı nə qədər xarici dil və kompüter texnologiyalarını bilən mütəxəssis cəlb etməyə maraqlıdırsa,ondan daha artıq öz işini bilən kənd təsərrüfatı mütəxəssisi cəlb etmək üzərində düşünməlidir.Yəni, kənd təsərrüfatı işlərinə gənclərin marağı artırılmalı və onlar bu sahəyə daha çox yönəldilməlidirlər. Əvvəllər buraxılmış səhvlərə tənqidi yanaşmaqla bərabər, bu gün bitkiçilik məhsulları istehsalı sahəsindəki bəzi problemləri də qeyd etməliyik. Suvarma suyunun çatışmazlığı Saxlayıcı və soyuducu anbarlarının və emal müəssisələrinin azlığı Tədarük məntəqələrinin olmaması Dərman preparatlarının və gübrələrin keyfiyyət göstəricilərini analiz edən laboratoriyaların olmaması Məhsulun satış bazarının qeyri-qənaətbəxş olması və s. Bütün bunlarla yanaşı, istehsal və satış sahəsində bir sıra əngəlləri, maneələri də görürük. Sağlam rəqabətin olmaması Düşünülmüş şəkildə istehsalçıya qarşı durmaq, onun məhsul istehsalına və satışına mane olmaq Torpaq sahələrinin ölçülərinin azlığı və uyğun olaraq texnikanın çatışmazlığı Zəhərli - kimyəvi preparatların və gübrələrin keyfiyyətinin aşağı olması və s. Yuxarıda qeyd etdiyimiz problem və əngəllərdən əlavə də istehsalçı gündəlik çox maneələrlə üzləşir. Bütün bunları nəzərə alaraq, kənd təsərrüfatının davamlı inkişafını təmin etmək məqsədilə aşağıdakı təkliflərimizi təqdim edirik. Monitorinqlər yolu ilə su anbarları və artezian quyuları üçün yerlər müəyyən edilməsi və tikilməsi İntensiv meyvə bağlarının əkinlərinin genişləndirilməsi Xırda torpaq sahələrinin birləşdilərək (razılıq əsasında) genişləndirilməsi yolu ilə kooperasiyaların yaradılması İstehsalçının dövlətlə birbaşa əlaqəsinin təmin edilməsi Toxumçuluq və tinglik təsərrüffatlarının genişləndirilməsi İstehsalçıya 5 il müddətinə faizsiz kreditlərin verilməsi Müasir məhsuldar sortların əldə edilməsi və yerli xalq seleksiyası sortlarınının bərpa edilməsi Elmli surətdə növbəli əkin sisteminin yenidən bərpa edilməsi Kənd təsərrüfatı mütəxəssilərinin birbaşa istehsala cəlb edilməsi Elmlə istehsalatın inteqrasiyasının bərpa edilməsi Damla üsulu ilə suvarma siteminə keçilməsi Yeni aqrar-sənaye komplekslərinin yaradılması Torpaqların yalnız uzunmüddətli icarəyə verilməsi Torpaq-iqlim amillərini nəzərə almaqla sıxlaşdırılmış əkinlərin tətbiq edilməsi Meliorativ tədbirlərin sürətləndirilməsi Məhsul istehsalına bilavasitə dövlət nəzarətinin artırılması Dövlət sifarişi əsasında zona koordinasiya qruplarının yaradılması Ölkəmiz üçün perspektivli ərzaq və yem bitkilərindən qozmeyvəlilərin, əkin ənginarının, rapsın, soyanın, kinoyanın, sorqonun torpaq-iqlim şəraitini nəzərə almaqla əkinlərinin genişləndirilməsi Zonanın torpaq-iqlim şəraiti üçün xarakterik olan kənd təsərrüfatı bitkiləri əkinlərinə üstünlük verilməsi. Biz inanırıq ki, təqdim etdiyimiz təkliflər dövlətimizin aqrar sahəyə diqqəti və qayğısı sayəsində ardıcıl həyata keçiriləcəkdir.

 

b.ü.f.d. A.D.Mehralıyev, kiçik elmi işçi G.G.Quliyeva