Şanxayın Çensan Botanika Bağı

2004-cü ilin əvvəlində Şanxay Bələdiyyə Partiya Komitəsi və Bələdiyyə Höküməti Sonqjianq rayonunda 207 hektar ərazidə Şanxay Çenşan Botanika Bağı yaratmağa qərar verdi. 26 yanvar 2006-cı ildə Şanxay Çenşan Botanika Bağının bir ictimai qurum olaraq təsis edilməsi təsdiq edildi. 31 mart 2007-ci ildə Şanxay Çenşan Botanika Bağının tikintisi rəsmi olaraq başladı. Dörd il intensiv tikintidən sonra, Şanxay Çenşan Botanika Bağı 26 aprel 2010-cu il tarixində rəsmi olaraq ictimaiyyət üçün açılıb və 23 yanvar 2011-ci ildə nəhəng orenjeriaları istifadəyə verilib.

Şanxay Çenşan Botanika Bağı elmi araşdırma, elmin, peyzaj və istirahətin yayılmasını gücləndirən, güclü elmi məzmunlu və gözəl bağ mənzərələri olan geniş botanika bağıdır. Botanika bağı üç möhtəşəm orenjeriaları, tədbirlərin keçirilməsi üçün xüsusi sahəni və bitki kolleksiyalarından ibarət 26 sahəni özündə birləşdirir. Uşaqlar və yeniyetmələr üçün geniş və inkişaf edən təhsil proqramı yaradıblar.

Çenşan Botanika Bağının bitki kolleksiyaları Şərqi Çinin təbiəti əsasında formalaşdırılmışdır. İndiyə qədər 10000 fərqli bitki növü xüsusilə magnoliaceae, qızılgül, alma, süsən, su bitkiləri, quraqlığadavamlı bitkilər, ot bitkiləri, dərman bitkiləri, nadir və nəsli kəsilməkdə olan bitkilər və s. bitkilər qorunur və elmi şəkildə qeydiyyata alınır.