AMEA Mərkəzi Nəbatat Bağının aliminin "Abşeronda lianların introduksiyası" adlı kitabı çapdan çıxıb

18.06.2019

Mərkəzi Nəbatat Bağının Ağac və kol bitkiləri laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Asif Mehralıyevin "Abşeronda lianların introduksiyası" kitabı çapdan çıxıb.

AMEA Mərkəzi Nəbatat Bağında 2001-ci ildən lian bitkilərinin kolleksiyası yaradılaraq həmin kolleksiyada itib-batmaqda olan növlər bərpa edilmiş və müxtəlif yollarla- xarici ölkələrdən, təbii floramızdan və ayrı ayrı həvəskar bağbanlardan yeni növlər əldə olunmuş, ümumilikdə 22 fəsiləyə, 33 cinsə aid 87 növdən və formadan ibarət lian bitkilərin kolleksiyası yaradılmışdır.

Bu kitabda Abşeron şəraitində 87 növ və formadan ibarət lian bitki kolleksiyası toplanmış, onların taksonomik tərkibi müəyyən edilmiş, fenologiyası, böyümə xüsusiyyətləti, təbii bətpası öyrənilmiş, daha perspektivli növlər müəyyənləşdirilmiş, onların toxum və vegetativ yolla çoxaldılma aqrotexnikası öyrənilmiş, çoxaldılmış və perspektivli növləri yaşıllaşdırmaya tövsiyə olunmuşdur