“CİS məlumat bazasi və bitkilərin sənədləşdirilməsi” adlı seminar keçirilib

23.11.2018

AMEA Mərkəzi Nəbatat Bağının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yusif Abiyev “CİS məlumat bazası və bitkilərin sənədləşdirilməsi” mövzusunda seminar keçirmişdir.

Seminarı giriş sözü ilə açan Mərkəzi Nəbatat Bağının direktoru v.i.e., b.ü.f.d. Vahid Fərzəliyev, nəbatat bağlarında elektron idarəetmə sisteminin tətbiqinin həyata keçirilməsi üçün bitkilərin sənədləşdirilməsinin vacibliyini vurğulamış və həmçinin qeyd etmişdir ki, hazırda qarşımızda duran əsas məqsədlərdən biri Nəbatat Bağının mövcud bitki kolleksiyalarının sistemləşdirilmiş qeydiyyatının aparılması və verilənlər bazası idarəetmə sisteminin yaradılmasıdır.

Daha sonra təqdimatla çıxış edən Yusif Abiyev dünya nəbatat bağlarında bu istiqamətdə görülən işlər, standart məlumat bazası proqramları və sistemə daxil edilən məlumatlar, CİS proqramlarından istifadə və digər məsələlər haqqında geniş məlumatlar vermişdir. Y.Abiyev həmçinin, Mərkəzi Nəbatat Bağının kolleksiyalarından toplanmış məlumatlarla iştirakçılar tanış edilmişdir.

Sonda, işin növbəti mərhələsinin reallaşdırılması üçün verilmiş təkliflərin müzakirəsi aparılmış və qəbul edilmiş qərarlar üzrə müvafiq tapşırıqlar verilmişdir.