Mərkəzi Nəbatat Bağı

"SAP-Hyrcanian" beynəlxalq seminarının təşkilatçıları İTV-də qonaq olub

25.05.2018

AMEA Mərkəzi Nəbatat Bağı, Almaniyanın Frayburq və İranın İslam və Gilan universitetlərinin təşkilatçılığı ilə “Sosial ehtiyaclara və ətraf mühit amillərinin dəyişilməsinə qarşı Hirkan meşələrinin adaptasiya potensialının gücləndirilməsi” adlı layihəsi çərçivəsində keçirilən beynəlxalq seminara yekun vurulub.

Yüksək səviyyədə təşkil olunan tədbirin təşkilatçıları İctimai Televiziyaya dəvət olunublar. Verilişdə Mərkəzi Nəbatat Bağının direkotru v.i.e., dosent Vahid Fərzəliyev, Almaniyanin Frayburq Universitetinin alimləri, professor Rasul Yusifpur, professor Mark Hannevinkeliştirak edib.

Programda Mərkəzi Nəbatat Bağının da təşkilatçısı olan “SAP-Hyrcanian–Sosial ehtiyaclara və ətraf mühit amillərinin dəyişilməsinə qarşı Hirkan meşələrinin adaptasiya potensialının gücləndirilməsi” layihəsi çərçivəsində beynəlxalq seminarın əhəmiyyəti barədə danışılıb.

Qeyd edək ki, Almaniyanın Volksvagen fondu tərəfindən maliyyələşdirilən layihənin koordinatoru professor Rasul Yusifpurdur.