“Weekly Wood Newspaper” qəzetində Mərkəzi Nəbatat Bağı haqqında məqalə dərc olunub

06.03.2018

Cənubi Koreyada yayımlanan “Weekly Wood Newspaper” qəzetinin 01 fevral 2018-ci il nömrəsində keçən ilin oktyabr ayında Mərkəzi Nəbatat Bağının qonağı olmuş, Cənubi Koreyanın Jeonbuk Universitetinin Meşəçilik fakültəsinin dosenti, Daniel Kvonun müəllifi olduğu "Baku Botanical Garden" adlı sərlövhə dərc olunub.

Məqələdə Mərkəzi Nəbatat Bağının yaranma tarixi, mövcud bitki kolleksiyaları, buranın alimləri tərəfindən aparılan elmi tədqiqat işləri haqqında məlumat yerləşdirilib. Cənubi Koreyalı oxucuların nəzərinə Azərbaycanın endemik, nadir ağac növü olan eldar şamının əhəmiyyətindən də geniş söz açılıb. Məqalənin müəllifi Mərkəzi Nəbatat Bağının Bakı şəhəri üçün xüsusi əhəmiyyətini vurğulayaraq, burada aparılan işlərdən və gələcək perspektivlərdən də geniş söz açmışdır.