Ümumdünya Mülki Müdafiə günü ilə əlaqədar tədbir keçirilib

01.03.2018

AMEA Mərkəzi Nəbatat Bağında 1 mart Ümumdünya Mülki Müdafiə günü ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Bağın direktoru v.i.e. biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyev respublikamızda fövqəladə halların başvermə ehtimallarının hər zaman mövcud olduğunu diqqətə çatdıraraq, ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində FHN tərəfindən lazımi tədbirlər görüldüyünü və nazirlik əməkdaşlarının çevik və planlı şəkildə fövqəladə hadisələrə reaksiyasının yüksək səviyyədə olduğunu bildirib. V.Fərzəliyev Nəbatat Bağı ərazisində yanğın təhlükəsinin olduğunun diqqətə çadıraraq, Mülki Müdafiə qərargahının məsul şəxslərinə bu tipli hadisələrin qarşısının vaxtında təhlükəsiz şəkildə alınması üçün Bağ ərazisində bir sıra işlərin görülməsi və əməkdaşların təhlükəsizliyinin təmin olunması üçün mütəmadi maariflənləndirmə işlərinin davam etdirilməsi haqqında tövsiyə verib.

Sonra Nəbatat Bağının Mülki Müdafiə qərargahının rəisi Rəsul Süleymanov tədbirin keçirilməsinin vacibliyindən danışaraq bildirdi ki, Ümumdünya Mülki Müdafiə Gününün qeyd edilməsində əsas məqsədin ictimaiyyətin diqqətini mülki müdafiə işinin təşkili məsələlərinə cəlb etməkdir. O, Nəbatat Bağı ərazisində fövqəladə hallar zamanı qərargahın iş prinsipi, üzvlərin hərəkət planları, əməkdaşların baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmasının haqqında maarifləndirici məlumat verib və əməkdaşları təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.