TRAININGS

Kiçik bağbanlar – Uşaqlar bitki əkilməsi və onlara qulluq qaydasını öyrənilməsi üçün nəzərdə tutulmuşdur. Bildiyimiz kimi bitkilər insan həyatında böyük rola malikdirlər. Bu baxımdan uşaqların bitkiləri tanımaları, yaxından təmasda olmaları, əkilməsində və qulluq edilməsində iştirak etmələri onlara bitkilərə qarşı olan münasibətin daha da dəyişməsinə səbəb olacaq. Nəticədə isə uşaqlar bitkilərə qarşı daha hörmətlə davranmalarına və onların qorumalarına yardımçı olacaqdır.

Azərbaycanlı bitkilər - Hər bir canlının vətəni olduğu kimi hər bir bitkinin də vətəni vardır. Vətəni Azərbaycan olan kifayət qədər itki mövcuddur. Bu baxımdan uşaqların bu bitkilərin adlarını öyrənməsi, onları visual olaraq görməsi, onlar haqqında ətraflı məlumat toplaması böyük əhəmiyyət kəsb edir. Bütün bunları nəzərə alaraq bu mövzuda şagirdlər üçün xüsusi maarifləndirici tədbir keçiriləcəkdir. Qeyd edək ki, uşaqların bu sahədə əldə edəcəkləri biliklər, gələcəkdə bu bitkilərin təbliğində əhəmiyyətli rol oynayacaq.

Danışan oduncaq halqaları – Əsaslı olaraq ağacları təbii hadisələri qeydə ala bilən cihaz adandıra bilərik. Belə ki, ağacların oducağında olan illik halqalar keçmişdə baş verən hadisələri qeydə almaq qabiliyyətinə malikdir. Bizdə bütün bunları nəzərə alaraq müasir üsullardan istifadə etməklə ağacın oduncağından oduncaq-halqa nümunələri götürəcək, ağacın yaşını hesablayacaq və əl mikroskopunun köməyi ilə oduncaq halqalarında olan, ağacın qeydə aldığı təbii hadisələri izah etməyə çalışacağıq.

Bitkinin görünməyən memarları – Dünyada bitkilər çox kiçik ölçülərdən başlayaraq nəhəng ölçülərə qədər dəyişirlər. Bəzən bir bitkinin 100 metrə yaxın hündürlüyə, 20 metrə yaxın diametrə qədər böyüməsi insanda çox böyük maraq oyadır. Bunları nəzərə alaraq kiçik və böyük ölçülü bitkilərdən nümunələr götürülərək mikroskop altında onların hüceyrə (anatomik) quruluşlarına baxılacaq. Bitkinin artımına səbəb olan hüceyrələr haqqında məlumatlar veriləcəkdir. Beləliklədə uşaqlar bitkilərin canlı görünməyən memarları ilə tanış olacaqlar.