AĞAC VƏ KOL BİTKİLƏRİ LABORATORİYASI

Tel.
Faks +994125024172
Elektron poçtu acae55@hotmail.com
Struktur bölmənin rəhbəri

Biologiya üzrə elmlər doktoru, professor

Elman Osman oğlu İsgəndər

İşçilərin ümumi sayı 12
Əsas fəaliyyət istiqamətləri 

Azərbaycan və digər ölkələrin florasınına aid olan ağac və kol bitkilərinin taksonomik, bioloji, botaniki-coğrafi, fitosenoloji, bioekoloji və ontogenetik xüsusiyyətlərinin in situ və ex situşəraitlərində müqayisəli şəkildə tədqiqi. Həmçinin öyrənilən nadir növlərin areallarının kiçilməsinə səbəb olan amillərin aşkar edilməsi və həmin növlərin genofondunun qorunub saxlanması üçün bir sıra tövsiyyələrin işlənib hazırlanması və yaşıllaşdırma işlərində istifadə perspektivliyinin müəyyən edilməsi

Əsas elmi nəticələri

Azərbaycan florasına aid bəzi nadir və nəsli kəilməkdə olan ağac və kol bitkilərinin bioekoloji xüsusiyyətləri, introduksiyası, morfogenezi, reproduksiya və reintroduksiyası in situ və ex situşəraitində müqayisəli şəkildə tədqiq edilmiş, həmin bitkilərin areallrının kiçilmə səbəbləri aşkar edilərək onların təhlükə kateqoriyaları müəyyənləşmiş və mühafizə edilmələri üçün təkliflər verilmişdir. Yaşıllaşdırmada istifadəsi üçün perspektivli növlər aşkar edilərək , istifadələri üçün tövsiyələr hazırlanmışdır. İlk dəfə Abşeron şəraitində ağac və kol bitkilərinin introduksiyasının perspektivliyinin qiymətləndirilməsi üçün şkala hazırlanmışdır.