NADİR VƏ NƏSLİ KƏSİLMƏKDƏ OLAN BİTKİLƏR LABORATORİYASI

Tel.  
Faks +994125024172
Elektron poçtu zeynalovyusuf@hotmail.com
Struktur bölmənin rəhbəri

Biologiya üzrə fəlsəfə doktoru, dosent

Yusif Muxtar oğlu Zeynalov

İşçilərin ümumi sayı 8
Əsas fəaliyyət istiqamətləri 

Nadir və nəsli kəsilməkdə olan geofit bitkilərin biomüxtəlifliyinin öyrənilməsi, introduksiyası, çoxaldılması, mühafizəsi və genofondunun yaradılması

Əsas elmi nəticələri

Azərbaycan florasına aid bitkilərin o cümlədən, bəzi nadir və nəsli kəilməkdə olan ağac və kol bitkilərinin bioekoloji xüsusiyyətləri, introduksiyası, morfogenezi, reproduksiya və reintroduksiyası in situ və ex situ şəraitində müqayisəli şəkildə tədqiq edilmiş, həmin bitkilərin areallrının kiçilmə səbəbləri aşkar edilərək onların təhlükə kateqoriyaları müəyyənləşmiş və mühafizə edilmələri üçün təkliflər verilmişdir. Yaşıllaşdırmada istifadəsi üçün perspektivli növlər aşkar edilərək , istifadələri üçün tövsiyələr hazırlanmışdır.. İlk dəfə Abşeron şəraitində ağac və kol bitkilərinin introduksiyasının perspektivliyinin qiymətləndirilməsi üçün şkala hazırlanmışdır.