BİTKİLƏRİN MÜHAFİZƏSİ VƏ MONİTORİNQİ LABORATORİYASI

Tel. +994125024321
Faks +994125024172
Elektron poçtu v.farzaliyev@yahoo.co.uk
Struktur bölmənin rəhbəri

Biologiya üzrə fəlsəfə doktoru, dosent

Vahid Sabir oğlu Fərzəliyev

İşçilərin ümumi sayı 5
Əsas fəaliyyət istiqamətləri 

Azərbaycanın bitki örtüyünə antropogen təsirin öyrənilməsi, xüsusi mühafizə olunan ərazilərin bitkiliyinin monitorinqi, texnogen landşaftın rekultivasiyası

Əsas elmi nəticələri

1. Qafqazın və qonşu bölgələrin Pinus sylvestrus L. populyasiyalarının fenogenetik differensiasiyası öyrənilmişdir.

2. Şam növlərinin taksonomiki, biomorfoloji və rentgenoloji xüsusiyyətlərinin tədqiqindən alınan nəticələrin əsasında tərtib edilmiş hərfli-rəqəmsal politomik təyinat açarının tətbiqi ilə eldar şamının sərbəst növ statusu sübuta yetirilmişdir.

3. Ağıriyli və çoxmeyvəli ardıc (Juniperus foetidissima Will. Və Juniperus polycarpos C. Koch) növlərinin radial atrım dinamikası öyrənilmiş, oduncaq - həlqə xronologiyası yaradılmışdır.

4. CİS texnologiyalarının tətbiqi ilə Yer Kürəsinin müxtəlif ərazilərində Eldar şamının introduksiyası üçün yararlı ərazilərin ekoloji modeli qurulmuşdur.