Aze / Rus / Eng

Şərqin Kiçik Möcüzəsi

Əkin zəfəranı – Çoxillik ot bitkisi olub, hündürlüyü 0,2 m-ə qədərdir. Zəfəranı dünyada məhşurlaşdıran onun çiçəyinin içərisindəki dişicik telləridir. Bu tellərin əvəzolnmaz müalicəvi əhəmiyyəti hələ midiyalılara və assurilərə məlum idi. Dişicik telləriərinin sayı üç ədəddir. Rəngi parlaq – narıncıya çalan qırmızımtıldır. Dişiciyin ağzı tərəfdən qıfvari formada iriləşmişdir. (şək. 1,2).
Zəfəranın qurudulmuş telləri ədviyya kimi müxtəlif xörəklərə qatılır. Xalq təbabətində çay dəmləməsi, spitdə cövhəri isə müxtəlif xəstəlikərin müalicəsində istifadə olunur. Şərq təbabətində bitkidən hazırlanmış müalicə əhəmiyyətli dərmanların 300-dən çoxunda zəfəran əsas komponent kimi istifadə olunmuşdur.
Azərbaycan xalqı zəfəranın qurudulmuş telləri ndən 50-dən artıq şirniyyat məmulatının hazırlanmasında istifadə edir. Ət və balıq xörəklərinə onun sulu məhlulunu əlavə etdikdə həmin məhsullar xoşagələn rəng alır, dadlı və xoşətirli olur.
Zəfəranın Azərbaycanda 6 növü bitir. Onlardan bir növü Crocus Sativus L. – mədəni şəraitdə becərilir. Əkin zəfəranı bu yaxınlara kimi ancaq Abşeronda Bilgəh sovxozunda becərilirdi. Zəfəran sovxozunda becərilən məhsul respublikamızın əhalisinin tələbatını tam ödəmirdi. Ona görə “Bioflor” Sahələrarası Elmi-Texniki Kompleksin və Dövlət Plan Komitəısinin təşəbbüsü ilə respublikamızın bir neçə rayonlarında zəfəranın becərilmə aqrotexnikası işlənib hazırlanmışdır.
Zəfəranın becərilməsi – zəfəranın əkilməsi üçün torpaq yüngül, qumsal olmalıdır. Yaxşı olar ki, torpağa hər hektara 20 ton hesabı ilə yanmış peyin verilsin. Ən yaxşı iyul – avqust aylarıdır.
Soğanaqlı yumruvari əkməzdən qabaq 2% - li marqans məhlulu ilə 40-50 dəqiqə ərzində dezinfeksiya etmək lazımdır. Əkin 5-12 sm dərinliyində, bitki arası 20-30 sm, cərgə arası 10-15 sm olmaqla aparılmalıdır. Yaxşı olar ki, əkindən sonra hava quraq olarsa, bir dəfə bol suvarılsın.
Vegetasiya ərzində sonrakı qulluq qaydaları suvarmadan, yemləmə gübrələrinin verilməsindən (iyul, avqust), alaq otlarına qarşı mübarizədən və cərgə aralarının yumşaldılmasından ibarət olmalıdır.
Zəfəran oktyabr – noyabr aylarında çiçəkləyir. Birinci il əkilmiş bitkilərdə 2-3 və daha çox açıq-bənövşəyi rəngli çiçəklər əmələ gəlir. Çiçəkləri səhər-səhər toplayır və içərisindən dişicik tellərini ayırırlar. Ayrılmış dişicik telləri gün dəyməyən yerdə 18-220C istilikdə qurudulurş Bu qayda ilə qurudulub toplanmış telciklər öz ətrini, rəngini uzun müddət saxlayır. Yaxşı olar ki, tədarük edilmiş zəfəran telləri ağzı kip bağlanan şüşə qablarda saxlanılsın. Bu qaydalara əməl edilərsə o, keyfiyyətini itirmədən 10-15 il qala bilər. Qurudulmuə zəfəran ləçəklərini çay ilə birlikdə dəmləyib içmək olar.
Zəfəranın çoxalma əmsalı respublikamızın ayrı-ayrı rayonlarında 3-12 ədəd olur. Soöanaqlı yumruların torpaqdan çıxarılması yerüstü yarpaqlarının tam quruyan vaxtı aparılmalıdır. Bu təxminən may ayının axırına düşür. Yaxşı olar ki, əkilmiş zəfəranın soğanaqlı yumruları 3-4 ildən bir çıxarılıb təmizlənsin, ölçülərinə görə çeşidlənsin və sonra əkilsin və yaxud əkin vaxtına kimi quru, sərin yerdə saxlansın. Əks təqdirdə soğanaqlı yumrular torpaqda çox qaldıqda məhsuldarlığı aşağı olur və cırlaşır.
Hər bir zəfəran həvəskarı yuxarıda göstərilən qaydalara əməl edərsə ev şəraitində və ya həyatyanı sahəsində zəfəran ı əkib-becərə bilər. Onun zərif çiçəkləri otağınıza yaraşıq verər, 3-5 ədəd teli isə xörəklərinizi tünd-sarı rəngə boyayar və əla tamlı edər.


... ......

Zəfəranla Müalicənin Qaydaları

Zəfəranın qurudulmuş dişicik tellərinin dəmlənməsi, balla qarışığı, təzə çiçək açarkən dişicik tellərinin qoparılıb dilin altına qoyulması, almanın içinin ovulub onun içərisinə qoyulması, və s. davacatları beyin hüceyrələrinə və damarlarına yaxşı təsir etməklə, onların kirəclənməsini qarşısını alır, gözün torlu qişasını alır, gözün torlu qişası xəstəliklərinin, mirvari suyunun, sarılıq, qaraciyər, öd kisəsi, ürək infarktı, mədə-bağırsaq xəstəliklərinin müalicəsinə kömək edir. Orqanizmə güc, gümrahlıq və cəsarət verir.
Zəfəranın erkəkcik telləri telləri dölsüzlüyə qarşı əvəzsiz müalicəvi əhəmiyyətə malik dərman kimi, qurudulmuş çiçək ləçəkləri isə sinəyumşaldıcı vasitə kimi istifadə olunur

Sarılıq, Öd Kisəsi, Qaraciyər Xəstəlikləri

Qurudulmuş dişicik tellərinin dəmlənməsi üçün 7-15 ədəd yaxşı qurudulmuş zəfəranın dişicik teli götürülür. Qaynar sudan istifadə etməklə şüşə kolbada, emallı və ya farfor(çini) çayniklərdə adi çay kimi dəmlənir. Əvvəlcə qaynar su ilə dəm çaynikini yaxalayıb suyunu atır, sonra 7-15 ədəd quru teli çaynikin içinə atırlar.Üzərinə bir stəkan qaynar su tökür çay qaşığı ilə qarışdırıb, vam odun üstünə qoyurlar. 3-5 dəqiqədən sonra qalan 2 stəkan suyu əlavə etməklə qarışdırıb dəmə qoyurlar. Dişicik telləri çaynikin dibinə yatanda dəm hazır hesab olunur. Səhər, günorta və axşam yeməkdən 30 dəqiqə əvvəl bir stəkan içmək olar. Yadda saxlamaq lazımdır ki, dəm qurtarandan sonra onu atmayıb, üzərinə qaynar su alıb yenidən dəmə qoyur və təkrar qəbul edirlər.

Göz Xəstəlikləri

Təmiz yuyulmuş stəkana 5 ədəd qurudulmuş zəfəran teli tökür, üzərinə 2 xörək qaşığı qaynar su əlavə edib qazın və ya isti peçin yanına dşmş qoyurlar. 10-15 dəqiqədən sonra dəm sap-sarı rəng alır. Təmiz (steril) pambığa 2-3 damcı hopdurup səhər və axşam gözü silirlər. Əvvəlcə 3, ikinci gün 5, üçüncü gün 7, dördüncü gün isə 10 dəfə silmək lazımdır. Bu müalicə nəticəsində gözün görmə qabiliyyəti çox yaxşılaşır.
5 ədəd əla qurudulmuş (18-200C kölgədə) zəfəranın dişicik telləri əzilib toz halına salınır. Sonra bərabər miqdarda gülab qatılıb sıyıq hazırlanır. Bu məlhəmi gözə sürtdükdə gözdə əmələ gələn bütün xəstəlikləri müalicə edir.

Sətəlcəm, Baş Ağrısı, Ürək Döyüntüsü Xəstəlikləri

Bir ədəd “Qızıləhmədi” alması götürüb baş hissəsini qapaq kimi kəsir, sonra onun içərisinin lətini təmizləyirlər. Çalışmaq lazımdır ki, almanın qabığı zədələnməsin, ləti bir az qalsın. Sonra onun içərisinə 10 ədəd yaxşı qurudulmuş zəfəran teli qoyulur və almanın baş hissədən əvvəlcədən kəsilmiş qapaqla örtülüb 24 saat saxlanılır. Hazırlanmış davacatı hər 3 saatdan bir qapağı açılmaqla iyləmək lazımdır. Iyləmənin müddəti 5-10 dəfə olsa məsləhətdir. Bu qaydaya əməl etsəniz yaddaşınız möhkəmlənər, beyniniz qidalanar, baş ağrıları kəsilər və ahvali-ruhiyyəniz yaxşılaşar. Sətəlcəm və ürək döyüntüsünə də kömək edir.

Böyrək Daşı Xəstəlikləri

100 gram təmiz balı emallı qaba tökür, vam odun üstündə əridir, üzərinə 50 ədəd əzilib toz halina salınmış zəfəran teli əlavə edilir və yaxşı-yaxşı qarışdırılır. Axşam və ya səhərlər bir çay qaşığı qəbul edilir. Bu davacat böyrək daşı xəstəlikləri üçün xeyirlidir.

Yuxusuzluq Və Baş Ağrıları

100 qram zeytun yağı və 50 ədəd yaxşı əzilib toz halına salınmış zəfəran tozunu 200 gram yaxşı ələnmiş buğda unu ilə qatışdırır və yoğururlar. Yumşaq yoğrulmuş bu məlhəmi başın ağrıyan yerinə təpitmə kimi qoyduqda baş ağrısının qarşısını alır və yuxusuzluq üçün çox faydalıdır.

Ürək – Damar Xəstəlikləri

200 gram təmiz çəkilmiş tut arağı, 200 gram sarımsaq şirəsi, 1 gram zəfəran tozu yaxşı-yaxşı qarışdırılıb şüşə qaba tökülür və ağzı bağlı halda qaranlıq yerə qoyulur. Hər gün 10 dəfə çalxalamaqla 21 gün saxlanır. Sonra süzüb şüşə qaba tökür və soyuducuya qoyulur. Gündə 3 dəfə 50 damcı soyuq südə qatıb aşağıdakı qayda ilə qəbul edilir:

Günlər Səhər Günorta Axşam
1-ci gün 1 damcı 2 damcı 3 damcı
2. 4 damcı 5 damcı 6 damcı
3. 7 damcı 8 damcı 9 damcı
4. 10 damcı 11 damcı 12 damcı
5. 13 damcı 14 damcı 15 damcı
6. 15 damcı. 14 damcı 13 damcı
7. 12 damcı 11 damcı 10 damcı
8. 9 damcı 8 damcı 7 damcı
9. 6 damcı 5 damcı 4 damcı
10. 3 damcı 2 damcı 1 damcı
11-ci gün 25 damcı 25 damcı 25 damcı

Xəstəlik şiddətlənərsə, bərk ağrılar olarsa qəbul 3 aydan bir, normal halda isə 1, 3, 5 ildən bir edildikdə damarlarin divarlarını təmizləyir, ürək-damar, atreskleroz, xərçəng və bir sıra xəstəliklərin müalicəsinə kömək edir. Qədim təbabətdə buna oxşar Tibet cavanlıq cövhəri (eliksiri) vardır. Ancaq bizim müalicə üsulunda adi araq tut arağı ilə əvəz olunmaqla tərkibinə zəfəran da əlavə olunmuşdur. Uzun müddət bir çox insanlarçn üzərində sınaqdan keçirilmiş bu cövhərin xəstələrə çox müsbət təsiri olmuş, onlar tez bir zamanda şəfa tapmışlar.
Şəfaverici bir bitki kimi bizə bəxş edilmiş zəfəranın öyrənilməmiş çoxlu sirləri vardır. Onun təbabət sahəsində tətbiqi yüzlərlə, minlərlə adamların ən sağalmaz sayılan xəstəliklərdən şəfa tapmasına kömək edəcəkdir.

 




Copyright © 2016-2017 AMEA Mərkəzi Nəbatat Bağı
 Dizayn Gülnarə Rəfiqindir