"Sərvlərin bioekoloji və rentgenoloji xüsusiyyətləri" kitabı çapdan çıxdı

29.11.2017

"Bitkilərin mühafizəsi və monitoringi laboratoriyası"nın baş elmi işçisi, AMEA-nın müxbir üzvi Maqsud Qurbanov və Mərkəzi Nəbatat Bağının direktoru vəzifəsini icra edən,biologiya üzrə fəlsəfə doktoru,dosent Vahid Fərzəliyevin "Sərvlərin bioekoloji və rentgenoloji xüsusiyyətləri" adlı kitabı çapdan çıxdı. Kitabda müxtəlif zaman kəsiklərində Abşeron yarımadası instroduksiysa edilmiş sərv növlərinin bioekoloji, rentgenoloji xüsusiyyətləri işiqlandırılmışdır.

Həmçinin bu əsərdə sərvlərin biomorfoloji əlamət və xüsusiyyətləri əsasında tərtib edilmiş hərfli-rəqəmsal politomik təyinat açarı və onun tətbiqinin müsbət nəticələri öz əksini tapmışdır. Eyni zamanda toxumların müqayisəli həyatiliyi, orta inkişaf sinfi və morfostrukturunun rentgenoqrafiki təhlili də verilmişdir

Kitab botaniklər introduktorlar, biomüxtəliflik mütəxəssisləri, biologiya və aqrar elmləri ixtisasları üzrə müəllim və tələblər üçün nəzərdə tutulmuşdur