AMEA Mərkəzi Nəbatat Bağının gənc alimi İspaniyada səfərdə olub

27.10.2017

AMEA Mərkəzi Nəbatat Bağının Gənc Alim və Mütəxəsislər şurasının sədri Fərid Seyfullayev İspaniyanın Castelldefels şəhərində gənc alimlər üçün təkil olunmuş “Elmdə şəbəkələşmə və ünsiyyət bacarıqları” adlı beynəlxalq təlimdə iştirak edib. Sumforest layihəsi cərçivəsində keçirilən kursun əsas məqsədi gənc alimlərin dünyaya inteqrasiya etməsi və elmi şəbəkələrin yaradılmasında lazım olan bilik və bacarıqların öyrədilməsindən ibarət olub. Kurs zamanı hər bir iştirakçının öz tədqiqat işinə uyğun olaraq hazırladığı poster təlimçilər tərəfindən qiymətləndirilib.

Səfər müddətində Fərid Seyfullayev, həmçinin İspniyanın Barselona şəhərində keçirilən “Meşələrin dayanıqlı inkişafını təmin etmək üçün elm, siyasət və təcrübənin əlaqələndirilməsi” adlı Sumforest layihəsinin final konfransında iştiak edib. Dünyanin 40 dan çox ölkəsindən 100-ə yaxın mütəxəsisin iştirak etdiyi konfransda F.Seyfullayev “Azərbaycanda şabalıdyarpaq palıd meşələrinin müasir vəziyyəti” adlı posterlə çıxış edib.