Cənubi Koreyalı alim Mərkəzi Nəbatat Bağının qonağı olub

18.10.2017

Cənubi Koreyanın Çonbuk Universitetinin meşəçi alimi, dosent Joxyuk Kvon Mərkəzi Nəbatat Bağının qonağı olub. Qonağı salamlayan Mərkəzi Nəbatat Bağının direktoru, b.ü.f.d. dosent Vahid Fərzəliyev Bağın tarixi və fəaliyyət istiqamətləri haqqında məlumat verib.

Səfərinin əsas məqsədi Qafqaz ölkələrinin bitki örtüyünü araşdırmaqdan ibarət olduğunu söyləyən J.Kvon təmsil etdiyi təşkilat və apardığı tədqiqatlar barədə danışıb. Bağın canlı kolleksiyasını ziyarət edən J.Kvona Azərbaycanın meşə örtüyü və biomüxtəliflik haqqında ətraflı məlumat verilib. O, burada Azərbaycanın endem bitkiləri və təcrübə sahələrində aparılan elmi işlərlə yaxından tanış olub.