AMEA Mərkəzi Nəbatat Bağının direktoru Fransa Respublikasında elmi ezamiyyətdə olub

03.10.2017

AMEA Mərkəzi Nəbatat Bağının direktoru v.i.e., b.ü.f.d. Vahid Fərzəliyev 24-28 sentyabr 2017-ci il tarixində Fransa Respublikasının Marsel şəhərində elmi ezamiyyətdə olub. Səfər Eks-Marsel Universitetinin dəvəti ilə baş tutub.

V. Fərzəliyev Fransanın Eks-Marsel Universiteti və Aralıq Dənizi Hövzəsinin Dəniz və Quru Biomüxtəlifliyi və Ekologiyası İnstitunun birgə təşkilatçılığı ilə keçirilən“Ardıc ağaclarının tətqiqi” mövzusunda beynəlxalq elmi seminarda iştirak edib. Tədbirdə son illərdə dünyada ardıc ağaclarının tədqiqi ilə bağlı əldə olunmuş mühüm elmi nəticələr və gələcəkdə koordinasiya olunacaq birgə layihələr müzakirə olunub.

Səfər çərçivəsində V. Fərzəliyev Fransanın biomüxtəliflik baxımından ən zəngin ərazilərindən olan Ardeş əyalətinə təşkil olunmuş ekspedisiyada iştirak edərək fransız tədqiqatçılarının meşə ekosistemlərinin öyrənilməsi ilə bağlı apardıqları çöl-tədqiqat işləri ilə yaxından tanış olub.