Qazaxıstanın Cezqazqan Nəbatat Bağının bir qrup mütəxəssisi AMEA Mərkəzi Nəbatat Bağının qonağı olublar.

23.09.2017

Qazaxıstanın Mangışlaq Botanika Bağının direktoru İmanbayeva Akjunis və Jezkazgan Botanika Bağının direktoru Naşenov Janqozı AMEA Mərkəzi Nəbatat Bağının qonağı olublar. Mərkəzi Nəbatat Bağının direktoru v.i.e., b.ü.f.d. Vahid Fərzəliyev qonaqlarla görüş zamanı bu müəssisənin tarixi, strukturu, fəaliyyət istiqamətləri, o cümlədən, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib.

Qazaxıstanlı alimlər Bağın canlı kolleksiyasından, aparılan elmi işlərin nəticələrindən məmnun qaldıqlarını bildirərək, gələcəkdə əməkdaşlıq imkanlarının mümkünlüyü və əhəmiyyətini qeyd ediblər. Müzakirələr zamanı beynəlxalq layihələrdə iştirak və elmi-praktik forumların təşkili təcrübəsinin bu əməkdaşlıq üçün əhəmiyyəti xüsusi vurğulanıb.