AMEA-nın Mərkəzi Nəbatat ilə Gürcüstanın Batumi Nəbatat Bağı arasında əlaqələr genişlənir

15.09.2017

10-13 sentyabr 2017-ci il tarixində Gürcüstan Batumi Nəbatat Bağının direktoru İrakli Arçae, maliyyə üzrə direktor müavini Levan Abxazova, Beynəlxalq Əlaqələr üzrə koordinator Zurab Maivelidzedən ibarət nümayəndə heyəti AMEA Mərkəzi Nəbatat Bağında olublar. Qonaqları salamlayan MNB-nın direktoru v.i.e., b.ü.f.d. Vahid Fərzəliyev Bağın elmi tədqiqat istiqamətləri, inkişaf prespektivləri, canlı kolleksiyalarının zənginləşdirilməsi istiqamətində aparılan işlər və kadr hazırlığı haqqında danışıb, iki ölkə arasında elmi əməkdaşlığın genişləndirməsi imkanlarını vurğulayıb.

Tərəflər qarşılıqlı əməkdaşlıq üzrə Razılaşma memorandumu imzalayib. 5 il müddətində davam edəcək Razılaşma memorandumunu Batumi Nəbatat Bağının direktoru İrakli Arçae və MNB direktoru v.i.e., b.ü.f.d. Vahid Fərzəliyev imzalayıb. Razılaşmaya əsasən, tərəflər arasında bitki ehtiyatları, bağçılıq və reproduksiyası sahəsində birgə tədqiqatlar, kadr və təcrubə mübadiləsi, müştərək layihələrin və ekspedisiyaların təşkili, toxum və herbari materiallarının mübadiləsi aparılacaq.

Səfər müddətində qonaqlar AMEA Botanika İnstitutunda da olublar. İnstitutun direktoru, akademik Validə Əlizadə qonaqlara İnstitutun elmi tədqiqat işlərindən, beynəlxalq əlaqələrindən və həyata keçirdiyi layihələrdən danışıb.