AMEA Mərkəzi Nəbatat Bağının alimi beynəlxalq konfransda iştirak edib

11.07.2017

AMEA Mərkəzi Nəbatat Bağının (MNB) “Çiçəkçilik” laboratoriyasının elmi işçisi, Ofeliya Qafarova Rusiyanın Moskva şəhərində təşkil olunmuş “Botanika bağlarında az yayılmış dekorativ bitkilər” adlı beynəlxalq konfransda iştirak edib.

Rusiya Elmlər Akademiyasının Baş Botanika Bağı, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Botanika Bağı və Tver Dövlət Universitetinin Botanika Bağının birgə təşkilatçılığı ilə keçirilən elmi-praktiki konfransda gənc alim “Abşeronun yaşıllaşdırması üçün istifadə olunan MNB-nın seleksiyasından olan yeni dekorativ qızılgül sortları” mövzusunda məruzə ilə çıxış edib. Məruzə maraqla qarşılanıb və mövzu ətrafında müzakirələr aparılıb. Səfər müddətində O.Qafarova Moskva Baş Botanika bağında dekorativ çiçək bitkiləri ekspozisiyaları ilə taniş olub. Bağın qızılgüllər kolleksiyası fondundan gətirilən 17 sortun çilikləri MNB-a introduksiya olunacaq.