AMEA Mərkəzi Nəbatat Bağının əməkdaşı beynəlxalq yay məktəbində iştirak edib

06.07.2017

AMEA Mərkəzi Nəbatat Bağının Gənc Alim və Mütəxəsislər şurasının sədri Fərid Seyfullayev Minsk (Belorusiya) şəhərində gənc alimlər üçün təşkil olunmuş “Sumforest Summer School” beynəlxalq yay məktəbində iştirak edib. Mərakeş, Əlcazair, Tunis, Türkiyə, Liviya, Misir, Azərbaycan, Belarusiya, Gürcüstan, Moldova, Ukrayna, Ermənistan və Rusiyadan olan 25 alimin iştiak etdiyi tədbirdə gənc alimlərin inteqrasiyası və təcrübə mübadiləsinin təşkili, həmçinin, “Horizon 2020” poqramı üçün layihələrin yazılması və təqdim edilməsi qaydaları üzrə təlimlər keçirilib.

Tədbir iştirakçıları qruplar şəklində müxtəlif layihə mövzuları seçərək onlar üzərində işlənilib və tədbirin son günündə hər qrup öz layihəsini təqdim edib. Bu işlənən layihələr kursda təlimçi kimi iştirak edən beynəlxalq ekspertlər təəfindən dəyələndirilib və layihə yazmaqla bağlı dəyəli tövsiyələr verilib. Həmçinin, müxtəlif ölkələrdən olan gənclərin birgə layihədə işləmək imkanları müzakirə edilib və ilkin razılıqlar əldə edilib.