GİRİŞ BİLETLƏRİNİN QİYMƏTLƏRİ

Əziz Ziyarətçilər!

AR Nazirlər Kabinetinin 21 aprel 2015-ci il 114 saylı qərarı ilə “Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud  təsərrüfat məqsədləri  ilə ödənişli əsaslarla istifadə Qaydası  və  ödənişin məbləği”nin təsdiq edilməsi haqqında qanuna əsasən, AMEA Mərkəzi Nəbatat Bağının ərazisində gəzintilərin tarifləri 24.04.2017-ci il tarixindən aşağıdakı şəkildə müəyyən olunmuşdur.

-Yaşı 18-dən yuxarı olan həmçinin, qrup şəklində gələn bütün ziyarətçilər– 1 AZN,

-təqaüdçülər, əmək veteranları. yaşı 6-dan 18-dək olan uşaqlar valideyn ilə gəldikdə - 0.50 AZN,

-avtonəqliyyat vasitələrini dayanacaqla təmin etmək - 1 AZN ,

-professional video və foto çəkilişləri etmək - 20 AZN.

Bağa giriş zamanı aşağıdakı şəxslər ödənişdən azad edilirlər:

-Milli Qəhrəmanlar, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslər (müvafiq təsdiqedici sənədi təqdim etməklə),

-əmək qabiliyyəti olmayanlar, 6 yaşadək olan bütün uşaqlar valideyn ilə gəldikdə.