BAĞIN DAXİLİ NİZAM-İNTİZAM QAYDALARI

Sizdən xahiş edirik Bağın ərazisində gəzərkən aşağıda göstərilən qaydalara riayət edəsiniz.

Bağın ərazisində qəti qadağandır:

-piknik keçirmək,
-bitkiləri və gülləri qırmaq,
-od qalamaq
-topla oynamaq
-velosiped sürmək
-heyvan gəzdirmək,
-zibilləmək,
-etik normalara zidd hərəkətlər etmək,
-təcrübə sahələrinə daxil olmaq və bitkilərə toxunmaq.

    Qiymətli və “Qırmızı Kitab”a daxil olunmuş nadir və nəsli kəsilməkdə olan bitkiləri qıran şəxslər “Azərbaycanın İnzibati Xətalar Məcəlləsi”nin 127-ci maddəsinə əsasən hüquqi və inzibati qaydada cəzalandırılacaqlar.

    Bağın daxili intizam qaydalarına riayət etməyənlər cərimə olunmaqla Bağdan xaric ediləcəklər.