Mərkəzi Nəbatat Bağında ekoloji təlimlər keçiriləcək

10.10.2016

1 noyabr - 10 dekabr 2016-cı il tarixlərdə Mərkəzi Nəbatat Bağında və Botanika İnstitutunda ekoloji maarifləndirmə təlimləri keçiriləcək.

Təlimlər "Qardenklub" ekoloji sosial klubun qurulması layihəsi çərçivəsində həyata keçiriləcək. Layihə orta məktəb şagirdləri üçün nəzərdə tutulmuşdur.

Təlimlər aşağıdakı istiqamətlər üzrə təşkil olunacaq:

- "Danışan oduncaq halqaları"

- Bitkinin görünməyən "memarları"

- "Azərbaycanlı bitkilər"

- Ekoloji təhlükəsizlik

- Kiçik bağbanlar

- Praktiki məşğələlər

- Müsabiqələr

Ekskursiyalar

- Mərkəzi Nəbatat Bağı turu

- Botanika muzeyi

- Herbari fondu

- Toxum bankı

Qeyd edək ki, layihə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyy' dəstəyi ilə həyata keçirilir.

Ünvan: Bakı şəhəri, Mikayıl Müşfiq 103

Tel.: (+994 12) 502 43 21,

Mobil: (+994 70) 836 33 63; (+994 55) 356 59 57

E-mail: yusif.abiyev@gmail.com